-3 C
Baku
Sunday, December 15, 2024

İşdə necə xoşbəxt olmaq olar?

İşinizin artıq sizi qıcıqlandırmağa yönəldiyini və darıxdırıcı olduğunu hiss etməyə başlayırsınız? Hər gün eyni tapşırıqları icra etməkdən, stressdən, məyusluqdan bezmisiniz? Deməli, artıq nələrisə dəyişmək zamanıdır. Xoşbəxtlikdən, iş yerinizdə özünüzü xoşbəxt hiss etməyinizə kömək edəcək bir sıra kiçik “hiyləgərliklər” mövcuddur.

Bəs bunlar hansılardır?

Hər şey düzgün düşüncədən başlayır: İşdə xoşbəxt olmaq üçün atmalı olduğunuz ilk və ola bilsin ki, əsas addım sadəcə xoşbəxt olmağa qərar verməkdir. Belə ki, xoşbəxtlik – çox vaxt əldə edilən uğurlaq deyil, sadəcə seçim məsələsidir. Əgər həyatın sizə bəxş etdiyi müsbət hadisə və əşyalara görə minnətdar olmağı bacarsanız, daim xoşbəxt və şən insan olaraq qalacaqsınız. İşdə özünüzü optimist və pozitiv insanlarla əhatə edin.

Neqativdən uzaq olun: Hər birimizin işində hətta ən kiçik xırdalıqlara görə də deyinən pessimist əməkdaşlarımız var. Sırf bu insanlardan təşkil edilmiş mühit sizi tezliklə yora və gücünüzü tükədə bilər. Mənfi yüklü söhbətlərin iştirakçısı olmaq kimi bir mütləqliyiniz yoxdur. Bacardığınız qədər bu söhbətlərdən qaçın. Hətta ən qatı optimistlər belə ətrafdakı insanların təsirinə düşə bilər.

Minnətdar olun: Mümkün olan hər imkanınızda əməkdaşlarınıza və rəhbərinizə minnətdarlığınızı çatdırın. Bu yaxşı davranış kimi qəbul edilməklə yanaşı, psixi sağlamlığınıza da müsbət təsir edir. İnsanlara qarşı xeyirxah olduqda bu xeyirxahlıq sizin özünüzə geri dönür.

Özünüzün “qaynama nöqtənizi” xatırlayın: İşdə xoşbəxt olmaq istəyirsinizsə nəzərə almalı olduğunuz növbəti cəhət özünüzün “qaynama nöqtənizi” yadda saxlamaqdır. Hətta ən sakit və optimist insanlar özlərinin belə desək partlama nöqtələrinə sahibdirlər. Həmkarlarınız arasında mənfi təəssürat ilə yadda qalmaq istəmirsinizsə özünüzün bu nöqtəyə çatmasına imkan verməməlisiniz. İşin sizi, şəxsi əhvalınızı idarə etməsinə imkan verməyin.

İş gününə sevmədiyiniz işləri görməklə başlayın: Bir çoxlarımızın gündəlik iş günündə icra etməyi sevdiyi və sevmədiyi tapşırıqlar mövcuddur. Əgər sizdə də vəziyyət belədirsə, iş gününüzü həll etməyə elə də həvəsli olmadığınız işlərdən başlayın. Hər şey çox sadədir. Çətin və sevmədiyiniz işləri zamanında etməkdən imtina edib daha sonraya təxirə sala bilərsiniz. Lakin bununla belə həmin tapşırıqları gec və yaxud tez yerinə yetirməli olacaqsınız. Daim bu təxirə salınmış arzuolunmaz işlər barədə düşünmək ətrafınızda müəyyən neqativ mühit yaradır. Ən çətin tapşırığı ilk növbədə həll etməklə geri qalan iş günündən zövq almaq imkanı əldə edirsiniz.

Son xəbərlər
Digər xəbərlər