Banker.az xəbər verir ki, JLL şirkətinin həyata keçirdiyi araşdırmanın nəticələrinə əsasən, dünyada şirkət əməkdaşlarının və top-menecerlərin demək olar ki, 70%-i xoşbəxtlik hissini iş mühitinin formalaşdırılması üçün əsas amil qismində görürlər.
Əməkdaşların 90%-i isə ştata kollektivin məmnunluğuna cavabdeh olan Chief Happiness Officer adlanan əməkdaşın daxil edilməsi ideyasını dəstəkləyir.
Bunun ardınca isə, ideal ofis və işdə xoşbəxt olmaq üçün lazımi “inqredient” olaraq tanınma (60%), fərdi treninqlər (54%) və kreativlik (53%) qeyd edilib.
Və yalnız 52% cari iş mühitindən tam olaraq məmnun olduğunu etiraf edib.
Bundan əlavə, 42% fərdi iş stolu formatından imtina etməyə və daha innovativ təcrübələrdən istifadə etməyə hazır olduqlarını deyib.