İşdə süni intellektin istifadəsi tez-tez “işgüzar tullantı” yaradır — məhsuldarlığı azaldan və kollektiv münasibətlərini korlayan aşağı keyfiyyətli nəticələrə gətirib çıxarır.
Süni intellektin iş proseslərinə tətbiqi gözlənilən faydanı vermir. Harvard Business Review yazır ki, əsas problem şirkətlərin neyroşəbəkələri məqsəd və qaydaları müəyyən etmədən tətbiq etməsi ilə bağlıdır. Nəticədə əməkdaşlar Süni intellektdən real işin yaxşılaşdırılması üçün yox, sadəcə “formal” olaraq istifadə edirlər.
- Qarışıq nəticələr: Süni intellektin aktiv tətbiq edən şirkətlərdə nəticələr birmənalı deyil. İşçilər əsasən verilən göstərişlərə əməl etsələr də, süni intellektdən real fayda alanların sayı çox azdır.
- Statistika: ABŞ-ın Gallup institutunun məlumatına görə, 2023-cü ildə Süni intellektin iş proseslərində istifadəsi ikiqat artıb. Lakin MIT-in araşdırması göstərib ki, neyroşəbəkələrin tətbiqi şirkətlərin 95%-də maliyyə göstəricilərini yaxşılaşdırmayıb.
- “İşgüzar tullantı” anlayışı: Harvard Business Review və Stanford Sosial Şəbəkələr laboratoriyasının alimləri bunu belə izah edir: əməkdaşlar çox vaxt “xaricən qənaətbəxş, amma mahiyyətcə keyfiyyətsiz” materiallar yaradır. Bu isə komandada əlavə yükə səbəb olur. Alimlər bu fenomeni “workslop” — “işgüzar tullantı” adlandırırlar.
- Formallıq üçün yaradılan kontent: Süni intellekt sayəsində işçilər sürətlə təqdimatlar, hesabatlar və digər sənədlər hazırlaya bilirlər. Amma bəziləri bu texnologiyanı işini təkmilləşdirmək üçün istifadə etdiyi halda, digərləri mövcud problemləri həll etməyən faydasız materiallar yaradır.
- Rəqəmlər: ABŞ-da 1150 işçi arasında aparılan sorğuda iştirak edənlərin 40%-i son ay ərzində “işgüzar tullantı” ilə rastlaşdığını deyib. Onlar bu materialların ümumi iş həcminin təxminən 15,4%-ni təşkil etdiyini bildiriblər. Ən çox rast gəlinən sahə isə İT-dir.
- Mənfi təsirlər: “İşgüzar tullantı” işin yükünü həmkarların üzərinə atır. Çox vaxt materialı alan əməkdaş onu ciddi şəkildə dəyişdirməli, hətta tamamilə yenidən hazırlamalı olur. Orta hesabla bu, işçilərə əlavə iki saat vaxt itkisinə başa gəlir. Alimlərin hesablamasına görə, əgər buna müəyyən mənada xərc və ya vergi kimi baxsaq, aylıq “vergi” hər işçiyə təqribən 186 dollar təşkil edir. Böyük şirkətlər üçün bu məbləğ illik milyonlarla dollara çata bilər.
- Psixoloji nəticələr: İşçilər deyirlər ki, bu hal kollektivdə gərginlik yaradır, etimadı azaldır, həmkarların peşəkarlığı və yaradıcılığına inamı zəiflədir.
- Əsas səbəb: Araşdırma müəllifləri problemin kökündə “şüursuz şəkildə” kütləvi tətbiq dayandığını vurğulayırlar. Şirkətlər neyroşəbəkələri konkret qayda və məqsəd olmadan tətbiq edir, işçilər isə Süni intellekti “göstərişə əməl etmək üçün”, yox, real fayda üçün istifadə etmirlər.
- Çıxış yolu: Tədqiqatçılar hesab edirlər ki, şirkətlərdə “şüurlu istifadə” mədəniyyəti formalaşmalıdır. Yəni Süni intellekt yaradıcı tapşırıqları həll etmək üçün tətbiq olunmalı, işi yola vermək üçün yox.
Süni intellektin potensialı böyük olsa da, onun düzgün tətbiqi üçün strategiya və mədəniyyətin formalaşdırılması həlledici rol oynayır.