5 C
Baku
Saturday, December 14, 2024

İşdə tələskənlik məhsuldarlığa necə təsir edir?

Zaman yetməzliyi duyğusu və daimi tələskənlik xroniki həyəcan vəziyyətini yaradır. Zamanla bu qərar qəbul etmək bacarığını sıradan çıxarır və əməkdaşın mənəvi cəhətdən çökməsinə gətirib çıxarır.

Məşğul görünməyi sevirik

Bir iclasdan digərinə keçərkən, işgüzar ismarıclara cavab yazarkən və icra edilməli tapşırıq siyahısından bir-bir punktları silərkən yaranan enerji axını bizə xoş təsir bağışlayır. Bu zaman insanların bizə ehtiyac duyduqlarını hiss edirik və təbii olaraq bunu yenidən yaşamaq istəyirik. Lakin həddi bilmək və məşğulluğu xroniki tələskənlik ilə səhv salmamaq lazımdır. Sonuncu qeyd edilən bütün kollektivin məhsuldarlığına zərər vura bilər.

Bəzən daimi tələskənlik halında olan insanlar öz davranışlarının ətrafdakı insanlara necə təsir etdiyini dərk etmirlər. Ona elə gəlir ki, o mümkün qədər məhsuldar şəkildə çalışmağa can atır. Əslində isə hamının əsəblərinə pis təsir edir.

Xoşbəxtlikdən, daimi tələskənlik səbəbindən yaranan həyəcan psixi xəstəlik olaraq deyil, vərdiş olaraq qiymətləndirilib. Vərdişi isə tərgitmək mümkündür.

İşdə tələskənliyə necə son qoymaq olar:

Bizi adətən tələsməyə vadar edən təcili işlər və zənglərdir. Bu halda 5 tapşırıq qaydası köməyinizə çata bilər. Bu qaydaya əsasən, özünüzü 5 tapşırıq ilə məhdudlaşdırmalısınız:

  • Hazırda üzərində işlədiyiniz iki tapşırıq;
  • Sonra başlamağı planlaşdırdığınız iki tapşırıq;
  • Yerinə yetirməyi çatdırmayacağınız bir tapşırıq.

Belə hər bir əməkdaş öz iş prosesini özü tənzimləyə bilər, lakin eyni zamanda komandanın ümumi məqsədlərini unutmamaq lazımdır.

Həmçinin hər bir tapşırığı geyim ölçüləri (S, M, L, XL) və yaxud onun icrası üçün lazım olan saat, yaxud günlərin sayı üzrə qiymətləndirə bilərsiz. Bununla tapşırığın icrası üçün tələb olunan və ayihənin bütün iştirakçılarına daha rahat olacaq məntiqli zamanı kəsiyini təyin edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər