6 C
Baku
Sunday, December 15, 2024

İşdəki durğunluğa necə münasibət göstərməliyik?

Biz hər zaman “onlayn” olmağa o qədər öyrəşmişik ki, iş gününün sonunda belə özümüzük rahat hiss edə bilmirik. Buna görə də istirahət üçün vaxt ayırmaq vacibdir. Lakin deyək ki, bu tövsiyəni dinlədiniz – bəs istirahət zamanı nə işlə məşğul olmağınızın əhəmiyyəti varmı? Və əylənmək üçün şəxsi maraqlardan istifadə edə bilərsinizmi? 

Müvafiq məlumatlar tədqiqat ədəbiyyatında mütəmadi olaraq görünür. Məsələn, idman istirahət etmək, o cümlədən enerji toplamaq üçün ən ucuz və təsirli metodlardan biridir. Maastrix Universitetinin əmək psixologiyası professoru Fred Ziylstra bunun səbəbini idman hərəkətlərinin bizim üçün maraqlı olmasında görür. “Fiziki fəaliyyət xüsusilə ofis işçiləri üçün faydalıdır, çünki o, aktiv iştirak tələb edir və diqqətimizi zehni işlə bağlı problemlərdən yayındırır”. 

Buna baxmayaraq, işə bənzəyən və ya onunla tamamilə heç bir əlaqəsi olmayan hobbi seçməyiniz haqqında digər fikirlər də var. 

İş həyatınızı balanslaşdırın

Yanaşmalardan biri balanslaşdırma və bərpa prinsipinə əsaslanır. O, boş vaxtınızda işinizlə heç bir əlaqəsi olmayan bir fəaliyyətlə məşğul olmağınızı nəzərdə tutur. Beləliklə, özünüzü daha xoşbəxt və enerjili hiss edəcəksiniz ki, bu da iş həyatınız üçün faydalı olacaq. 

Finlandiyanın Tampere Universiteti və Hollandiyanın Groningen Universitetində çalışan Jessika de Blum buna müxtəlif “psixoloji ehtiyacların” ödənilməsi, xüsusən təcrid, rahatlama, müstəqillik, sənətkarlıq, mənsubiyyət və məna baxımından yanaşmağı məsləhət görür. 

“Əvvəlcə ehtiyaclarınızdan hansının ödənildiyini anlamaq və onları dəstəkləyən hobbi seçmək məqsədəuyğun olardı, – professor qeyd edir. – Məsələn, işdə sosial qarşılıqlı əlaqə üçün çox az imkanınız varsa, sosial hobbi seçməlisiniz. Əgər işim çox çətin olmasaydı, yeni bacarıqları öyrənə, təcrübə qazana və səriştələrimi inkişaf etdirə biləcəyim bir hobbi seçərdim”. 

Boş vaxtınızda iş bacarıqlarını inkişaf etdirin

Bununla birlikdə, iş psixologiyasında “zənginləşdirmə nəzəriyyəsi” adlı başqa bir perspektiv var, hansıki boş vaxtımızda topladığımız bacarıq və təcrübənin işimizə faydası olduğunu nəzərdə tutur. Buna görə ən yaxşısı işinizə bənzəyən bir hobbi tapın. Məsələn, liderlik keyfiyyətinizdən istifadə etmək istəyirsinizsə, kitab klubunu təşkil etmək və ya yerli futbol komandasında kapitan olmaq sizin üçün ideal seçim olardı. 

“Zənginləşmə nəzəriyyəsi müxtəlif rollar arasındakı müsbət qarşılıqlı əlaqəyə aiddir və yarada biləcəyiniz fərqli mənbələri – maddi və psixoloji resurslar, sosial münasibətlər – izah edir”, – deyə Şeffild məktəbinin psixoloqu Kiara Kelli söyləyir. 

Hobbinizin sizin üçün nə olduğunu düşünün: ehtiras, yoxsa əyləncə?

Kelli bu suala cavab vermək üçün iş psixologiyasında ortaya çıxan iki ziddiyyətli perspektivi uzlaşdırmağa çalışan araşdırma apardı: onlardan biri tarazlıq və bərpaya, digəri isə zənginləşməyə əsaslanır. Əslində bu yanaşmaların hər birini doğru sayıla bilər. 

Kelli və onun həmkarları yeddi ay ərzində yüzdən çox könüllü ilə bir neçə dəfə görüşdü. Onlar iştirakçıların hobbilərə həmişəkindən daha çox vaxt sərf edib-etmədiklərini və bunun əldə edilən nəticələrə nə dərəcədə təsir etdiyini soruşdular. Bundan əlavə, könüllülər hobbilərinə nə qədər ciddi yanaşdıqlarını qiymətləndirməli idilər. 

Tədqiqatın nəticələri asudə vaxtın necə təşkil edilməli olduğunu göstərir. Məlum oldu ki, pis və ya yaxşı hobbi yoxdur, insanlar işə bənzəyən və ya ondan tamamilə fərqlənən hobbi arasında seçim etməli deyillər. Belə ki, hər şey bu və ya digər hobbiyə necə yanaşmağınızdan asılıdır – onu ciddi qəbul edirsiniz, yoxsa yox. 

“Ciddi yanaşma odur ki, özünüzü bu və ya digər fəaliyyətlə əlaqələndirməyə başlayırsınız. Məsələn, “alpinizm ilə məşğul oluram” yox, “alpinistəm” deyirsiniz. Bu, təkmilləşməyi düşündüyünüz və gələcəkdə məşğul olmaq istədiyiniz bir işdir”, – Kelli vurğulayır. 

Əgər hobbiniz işinizə çox bənzəyirsə, tükənməkdən ehtiyat edin

İşinizə bənzəyən ciddi hobbilərə gəldikdə, Kelli komandası onlara çox vaxt ayıran insanın öz inamını itirdiyini müəyyən etdi. “Əgər işə bənzəyən hobbiyə çox bağlı olduğunuz halda həm hobbinizə, həm də işinizə investisiya yatırsanız, əldə edəcəyiniz nəticə çox pis ola bilər. 

Əlbəttə ki, burada hansı fəaliyyətin “bənzər” hesab olunduğu sualı ortaya çıxır. Tədqiqat zamanı hobbilər iştirakçıların öz qavrayışlarına əsasən bənzər olaraq təsnif edilirdi. Məsələn, onlardan biri məktəb müəllimi idi və Dungeons & Dragons oyununu işinə bənzədirdi. Çox güman ki, hobbinizin işə bənzəyib-bənzəmədiyini sizdən başqa heç kim qiymətləndirə bilməyəcək.

Əgər oxşarlığın olduğunu hiss edirsinizsə və hobbinizə çox bağlısınızsa, Kelli onunla məşğul olmağa davam etməyi tövsiyə edir. “Bu çox üzücü olardı!” – o deyir. Başqa sözlə desək, hobbi və iş ritmlərinə diqqət yetirməlisiniz, çalışın özünüzü çox yükləməyəsiniz. 

Müxtəlif hobbilər dividendlər gətirir

Qeyd edək ki, hobbiyə ciddi münasibət göstərmək düşündüyümüz qədər zərərli deyil – əsas odur ki, işinizdən az da olsa fərqlənsin. İşdən tamamilə fərqli olan hobbiyə ciddi münasibət göstərmək hətta faydalıdır, çünki peşəkar güvəninizi daha da gücləndirmiş olursunuz.  

Hər hansı bir fəaliyyətə daha uzunmüddətli investisiya qoyduğumuz zaman, bu fədakarlığın uğur və inkişafa apardığını görürük və istər-istəməz özünəinamı artırırıq.  

Bunu öz təcrübəmdən bilirəm. Son yeddi ildir ki, yerli stolüstü tennis liqasında oynayıram. “E” komandasından “B” komandasına qədər yüksəldim və liqada irəlilədim. Hiss etdim ki, insan etdiyi yatırımın bəhrəsini alır və bu onu daha da həvəsləndirir. 

Əgər boş vaxtınızda ofisdəki kimi mükəmməl olmağa çalışsanız, bu böyük problemə çevrilə bilər. Buna görə özünüzü idman sahəsində uğur qazanmağa və ya ideal valideyn olmağa məcbur etməyin. Professorun fikrinə qayıdaq: unutmayın ki, enerji yığmağın ən yaxşı yolu boş vaxtınızda sevdiyiniz fəaliyyətlə məşğul olmaqdır. Bu, istədiyiniz hər bir şey ola bilər – fotoşəkillərdən tutmuş tennisə qədər. Sadəcə sizə uyğun olan bir şeyi tapın. 

 

Son xəbərlər
Digər xəbərlər