15 C
Baku
Friday, April 26, 2024

İşdəki səhvlər: situasiyanı düzəltməyin 5 üsulu

Siz təzəliklə iri bir sövdəni əldən qaçırmış, vacib məktublardan birini səhv ünvana göndərmiş və yekun hesabatda yanlışlığa yol vermisiniz? Narahat olmayın, hər kəsin başına gələ bilər. Hamı səhvə yol verir, amma heç də hər kəs belə situasiyadan düzgün çıxmağı bacarmır. Bunu ən yaxşı şəkildə etmək üçün Banker.az saytı sizə beş üsul təqdim edir.

Öz səhvinizi etiraf edin

Səhvləri mümkün qədər tez etiraf etmək lazımdır. Əgər xəta kifayət qədər ciddidirsə, onun gözdən yayınacağına ümid etməyə dəyməz. Ola bilməz ki, ciddi səhv nəzərdən kənarda qalsın. Səhviniz haqqında nə qədər tez məlumat versəniz, onu aradan qaldırmaq şansı bir o qədər çox olar.

Özünüzə haqq qazandırmayın

Bəraət qazanmağa çalışmayın. Ola bilsin ki, baş verən xətanın minlərlə səbəbi və izahı vardır. Onlar kifayət qədər tutarlı, vacib və həqiqətəuyğun ola bilər. Amma işəgötürəni bunlar o qədər də maraqlandırmır, daha vacib olan sizin gələcəkdə eyni və oxşar səhvlərə yol verməmək üçün nə edəcəyinizdir. Günahı boynunuzdan atmaq istiqamətində göstərdiyiniz bütün səylər, əksinə rəhbərliyin gözündə sizin nüfuzunuzu aşağı salacaq

Əlinizdən gələni əsirgəməyin

Çarəsiz situasiyalar yoxdur, yəni elə bir problem yoxdur ki, ondan çıxış yolu olmasın. Son gücünüzə qədər səhvi düzəltməyə çalışın, axı bu sizin öhdəliyinizdir. Sənədləri yenidən özünüz hazırlayın, kağızları ünvanlara (çatacaq şəxslərə) şəxsən çatdırın. Müştərilər ilə yeni bir görüş haqqında danışın və s nə bacarırsınızsa edin. Heç vaxt təslim olmayın, nə də ki başqasına ümid etməyin.

Nəticələrə hazır olun

Siz günahınızı nə qədər yumağa çalışsanız da, nə qədər səmimi olsanız da, səhvə məhz siz yol vermisiniz və siz də ona görə cavab verməlisiniz. Siz həmişə fəsadlara hazır olmalı, onları bütün ciddiyyəti və məsuliyyəti ilə qəbul etməlisiniz. Hətta sizin səhviniz işdən xaric edilmə ilə nəticələnəcək qədər ciddi olsa da bununla barışmaq və heç kəsi günahlandırmamaq lazımdır. İstənilən bir səhv – təcrübə deməkdir, heç bir təcrübə isə havayı verilmir. Siz cəzanı nə dərəcədə cəsarətlə və mərdliklə qəbul etsəniz, bir o qədər çox hörmət qazanarsınız, gələcəkdə isə tamamı ilə reabilitasiya olunaraq, daha da çox etibar əldə edə bilərsiniz.

Rahat yanaşın

İnsan səhvləri üzündən dövlətlər dağılır və yenidən yerində yeniləri əmələ gəlir, səhvləri tamamı ilə istisna etmək qeyri mümkündür. İşəgötürənlər də bunu başa düşür, biz hamımız insanıq. Əgər siz səhvə yol vermisinizsə onu təhlil edin və gələcəkdə onlardan necə yayınmağın yollarını öyrənin. Emosiya artıqlığı burda sizə heç nə ilə kömək etməyəcək, özünüzü həddindən artıq günahlandırmağa dəyməz. Çox da məyus olub, yolunuzu yarıda dayandırmayın, yoxsa sizdə heç alınmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər