9 C
Baku
Friday, December 13, 2024

İşdən qovulan Sem Altman “OpenAI”nin baş direktoru vəzifəsinə geri qayıdır

“ChatGPT” çat-botunu yaradan “OpenAI” şirkəti noyabrın 18-də işdən çıxarılan Sem Altmanı baş direktor vəzifəsinə qaytarmaq üçün razılığa gəlib. “OpenAI” bu barədə “X”də (əvvəlki “Twitter”) məlumat yayıb.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Altman özü “OpenAI”yə qayıtmağı səbirsizliklə gözlədiyini bildirib.

Sem Altmanın işdən çıxarılması noyabrın 18-də məlum olub, onun vəzifəsindən uzaqlaşdırılması qərarı “OpenAI” idarə heyəti tərəfindən qəbul edilib. İstefaya səbəb kimi şirkət rəhbərinin idarə heyəti ilə ünsiyyətdə “açıq danışmaması” göstərilib.

Sem Altman “OpenAI”nin yaradıcılarından biri olub. O, 2020-ci ildən şirkətə rəhbərlik edir. Əvvəllər Sem Altman “Y Combinator”un rəhbəri olub.

“OpenAI” 2015-ci ildə yaradılıb. O, süni intellektlə məşğul olur. Şirkət “ChatGPT” çat-botunun əsaslandığı “GPT” dil modelinin bir neçə nəslini yaratması ilə məşhurdur.

Son xəbərlər
Digər xəbərlər