19 C
Baku
Sunday, May 5, 2024

ISESCO Azərbaycanda ilk dəfə kosmos sahəsinə investisiya yatıracaq

“Azərkosmos”la ISESCO arasında birgə bəyanat sənədi imzalanıb. Bu sənədə əsasən ISESCO təşkilatı Azərbaycanda ilk dəfə kosmos sahəsində investisiya layihəsini həyata keçirəcək.

Bunu “Azərkosmos”un beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, layihənin məqsədi kosmosun, eləcə də iqtisadiyyatın turizm, kənd təsərrüfatı, ekologiya sahələrində innovasiyaları ərsəyə gətirməkdir.

“Həmçinin burada əsas məqsəd ekosistemin inkişafıdır. Yəni peyk texnologiyalarını əlçatan etmək, elmi cəmiyyətlərlə fəaliyyətini birgə qurmaq, bunun müqabilində yeni innovativ texnologiyaları ortaya çıxarmaqdır”, – deyə Vüqar Bayramov əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər