-1 C
Baku
Sunday, December 15, 2024

İşğaldan azad olunmuş ərazilərdə rabitə şəbəkəsi qurulacaq

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində zəruri rabitə şəbəkəsinin qurulması, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının rabitə ilə təmin olunması nəzərdə tutulub.

Bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.

Sənədə əsasən, bu işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.

“Azərkosmos” ASC isə həmin ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər