16 C
Baku
Tuesday, April 30, 2024

İşgüzarlığın sağlamlıq və işinizə mənfi təsiri

Bir çox insanlar öz uğurlu karyeralarını və məqsədyönlü şəxsiyyətlərini göz önündə tutaraq böyük fəxrlə özlərini işgüzar adlandırırlar. Lakin Amerikanın Journal of Management jurnalının araşdırmasına görə, işgüzar olmaq, çox çalışmaq sağlamlıqla yanaşı, işin özü üçün də təhlükə daşıyır.

Verilən məlumatlara görə, işgüzarlar orqanizmin həddindən artıq yüklənməsindən əziyyət çəkirlər. Onlar özlərini gərgin iş ritminə kökləyərək psixoloji və fiziki sağlamlıqlarına nə qədər ziyan vurduqlarının fərqinə varmırlar. Ən pisi isə odur ki, bütün bu işgüzarlıq iş üçün faydasız da ola bilər.

Bu zaman etməli olduğunuz yeganə şey işgüzarlığı maraqlı işə qarşı olan həvəsdən ayırd etməkdir. Əgər zəhmət psixoloji məmnunluq gətirmirsə demək bu insan faydasız işgüzardır. Bunun əksinə olaraq isə, fəaliyyətin nəticəsi olaraq yaranan müsbət emosiyalar psixoloji və fiziki sağlamlıqdan xəbər verir. Bundan əlavə, əminliklə deyə bilərik ki, həmin şəxs özü üçün ideal hesab etdiyi işi tapmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər