“Son günlər bəzi KİV-də elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının yaydığı bəyanatda qeyd olunub: “Elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə Şuraya müraciət daxil olmayıb. Hazırda Tarif Şurasında bu məsələlər müzakirə edilmir”.