16 C
Baku
Monday, April 29, 2024

İşinizə qarşı diqqətli olun!

İşin məhsuldarlığı və reputasiya birbaşa olaraq sizin işdə nə dərəcə diqqətli olmağınızdan asılıdır. İş görüşməsinin vaxtını unutmaq və yaxud vacib telefon nömrəsini itirmək – ən böyük xoşagəlməzlikdir və bu dəqiq olaraq sizin professionallığınızı artırmır.

“Təsadüfən ünvanınız olan kağızı atmışam” və ya “Məgər biz bu gün görüşməli idik?” cümlələri şox güman ki sizi vəziyyətdən çıxarmayacaq.

Gördüyünüz işə qarşı diqqətli olmaq istənilən işi vaxtında sona çatdırmağa kömək edəcək. Bu səbəbdən də sizə işdə təşkilatlılığı artırmaq və diqqətli olmağın üsullarını təqdim edirik:

Lazımsız əşyaları atın

Uzun müddət istifadə etmədiyiniz əşyaları zibil qutusuna atın. Lazımsız əşyaların yer tutaraq vacib əşyalara mane olmasına nə gərək var. Bütün yeni və aktual əşyalar, yazışmalar, qeydlər göz önündə olmalıdır.

Əşyaları qruplaşdırın

Hər şeyi qarışıq saxlamaq çox pis vərdişdir. Nəyisə ata bilmirsinizsə onları qruplaşdırın. Məsələn, keçən ilki hesabatları bir, yeni hesabatları isə bir qovluğa yığın. Daha sonra isə aktual olmayan sənədləri stolunuzun üstündən yığışdırın. Bununla tək masanız və kompüterinizdə deyil, həmçinin beyninizdə də səliqə yaranacaq.

Təmizliyə riayət edin

Masanın üzərində səliqə yaratdınız? Düşünməyin ki, bununla hər şey sona çatdı. Bu təmizliyi və səliqəni qoruyub saxlamaq lazımdır. Hər bir yeni sənədi vaxtında qaydasına salmaq lazımdır, əks təqdirdə vəziyyət əvvələ qayıdacaq. Bu qaydanı elektron məktublarınıza da aid etmək olar. Gələn mesajlara dərhal cavab verməyiniz məsləhətdir, əks təqdirdə vacib məlumatı gözdən qaçıra bilərsiniz.

Texnologiyalardan ağılla istifadə edin

Ünvanları və nömrələri kompüter və telefonda saxlayın, online təşkilatçılardan istifadə edin. Təqviminiz, ünvan kitabçanız, iş siyahınız və bir çox başqa şeylər əlinizin altında olacaq. Belə təqvimlər, siyahılar hər hansı bir kağız parçasından fərqli olaraq itməyəcək. Eyni zamanda kağız parçası görüşlər və zamanla bağlı sizə xəbərdarlıq edə bilməyəcək

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər