Azərbaycanda yod istehsalı ilə ixtisaslaşan “Azər-Yod” Məhdud Məsuliyyətli Cəmiyyəti adını dəyişdirib.
Banker.az xəbər verir ki, indi şirkət “Iodico” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyət gösətərəcək.
Qeyd edək ki, “Azər-Yod” MMC “ISR Holding”ə daxildir. Holdinq 2004-cü ildə Yod-Brom Zavodunu alaraq bu şirkəti təsis etmişdi. “ISR Holding”in təsisçisi iş adamı İskəndər Xəlilovdur.
“Iodico” MMC-nin qanuni təmsilçisi Rəşad Xəlilov Cavanşir oğludur. Şirkətin 13 746 809 ABŞ dolları nizamnamə kapitalına sahibdir.
Azərbaycan dünyada yod ehtiyatlarına görə TOP10 ən iri ölkələrdən biri sayılır.
Dövlət Statistika Komitəsinə istinadən, Azərbaycan 2022-ci ildə 179.06 tonluq yod məhsulu ixrac edib, bu da illik müqayisədə 5 dəfədən çox artım deməkdir.
İxrac edilmiş yodun bir tonu 2021-ci ildə $37 905-ə satıldığı halda, 2022-ci ildə $75 516-ya ortalama qiymətlə satıb. Bu da hər ton üçün orta qiymətin 2 dəfə bahalaşması deməkdir.
Bu balaşma nəticəsində ölkənin yoddan valyuta daxilolması 13 milyon 521.9 min dollar təşkil edib.
İxrac edilmiş yodun 81%-i, və ya 144.6 tonu ($11.69 mln.) Rusiya Federasiyasına ixrac edilib.
Azərbaycan 2022-ci ildə yod istehsalını 16.2 faiz artırmaqla 194.7 tona yüksəldib.