15 C
Baku
Saturday, April 20, 2024

İşlədiyi şirkətin pulunu mənimsəyən şəxsə cinayət işi açıldı

Siyəzən rayonu ərazisində yerləşən “Caspian Coast Winery and Vineyards” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

Siyəzən Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən şirkətin bölgələr üzrə satış nümayəndəsi vəzifəsində işləyən Vüqar Səmədzadənin işlədiyi müddət ərzində müəssisənin büdcəsindən ümumilikdə 14 min 89 manat məbləğində pul vəsaitini müxtəlif qanunsuz üsullarla mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər