Bizim hər birimiz bəzən ciddi şəkildə işləməmək arzusu ilə qarşılaşırıq. Bütün qıcıqlanmalar və yorğunluq üst-üstə yığılır, heç nə əvvəlki kimi alınmır və iş öz qaydasında getmir. İnsanın işə getməyə məcbur olduğunu dərk etməsi depressiyaya gətirib çıxarır. Yaranmış vəziyyəti dəyişmək üçün işləməmək arzusunu yaradan səbəbləri aşkar etmək mütləqdir.
Burada geniş yayılmış səbəblər sırasında xroniki yuxusuzluq, gərgin iş qrafiki, qıcıqlandıran əməkdaşlar, əməkdaşlara qarşı paxıllıq hissi, qəddar müdir və aşağı dərəcəli motivasiya var. Niyyət olarsa bu problemləri aradan qaldırmaq və vəziyyəti dəyişmək mümkündür.
Hamıya məlumdur ki, sevimli iş mənfi təəssüratlar yaratmır. Əgər sahib olduğunuz iş sizə müsbət heç nə qazandırmırsa, düşünməyin və ürəyinizcə olan başqa bir işin axtarışına başlamağın tam zamanıdır. Aşağıda sizə əhvalın və iş qabiliyyətinin artırılmasına kömək edən, sınanmış bir neçə məsləhəti təqdim edirik.
- Qarşınıza yeni məqsədlər qoyun. Hər gün təkrarlanan vəzifələr sizi bezdirə bilər. Yerinə yetirdiyiniz funksiyaları genişləndirmək barədə düşünün və bunları müdriyyət ilə müzakirə edin. Ola bilsin, təşəbbüsünüz yüksək qiymətləndiriləcək.
- Zamanınızın çoxunu fəal, məqsədyönlü və uğurlu insanların əhatəsində keçirin. İş yoldaşlarınız daim öz işlərindən gileyləndikdə bu sizin də əhval-ruhiyyənizə təsir edir.
- Hər zaman müsbət düşüncəyə sahib olun və daha çox gülümsəyin. İşə arzularınızı reallaşdırmaq vasitəsi kimi yanaşın. İstənilən uğur və iş fəaliyyətinizə görə özünüzü mükafatlandırın və motivasiya edin.
- İş günü bitdikdə işlə bağlı bütün düşüncələri işdə qoyaraq ofisi tərk edin. Gündə minimum 7 saat yatmağa çalışın, tam istirahət edin, zamanla yerinizi dəyişin.
- Dostlarınız və ailəniz ilə tez-tez istirahət edin. Boş vaxtınızı elə planlaşdırın ki, o sizə məmnuniyyət qazandırsın. Periodik olaraq gözəl məkanlara səyahətlər təşkil edin.
- İdmanla məşğul olun. Aktiv həyat tərzi insanı gümrahlandırır, əhvalı yüksəldir və mənji enerjini uzaqlaşdırır.
- Qidalanmağınıza xüsusi diqqət ayırın. Qida rasionu maksimal dərəcədə faydalı və balanslaşdırılmış olmalıdır. Kompleks naharın xeyrinə ofisdə qısa qəlyanaltılardan imtina edin. Həkim göstərişi altında vitamin-mineral kompleksi də qəbul edə bilərsiniz.
- Boş vaxtınızın çoxunu təmiz havada gəzməyə sərf edin. Bu zaman yaxşı yoldaş olaraq itinizi də özünüzlə götürə bilərsiniz. Sevimli hobbi ilə məşğul olmaq problemləri unutmaq və dincəlmək üçün yaxşı vasitədir.