İslam İnkişaf Bankı Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlıdır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirilib.
Görüş zamanı ölkəmizlə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, işğaldan azad edilmiş ərazilərimizin bərpası, birgə layihələrin reallaşdırılması və yeni əməkdaşlıq platformalarının yaradılması imkanları müzakirə edilib.