22 C
Baku
Thursday, April 25, 2024

İslamiadanın kibertəhlükəsizliyini hansı qurumlar qoruyur?

Hazırda ölkədə IV İslam Həmrəyliyi Oyunları davam etməkdədir.

Məlum olduğu kimi, bu kimi beynəlxalq yarışlar zamanı kibertəhlükəsizlik məsələsi xüsusi önəm kəsb edir. Təcrübə göstərir ki, dünyanın hər bir yerində təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərə kiberhücumlar olur və bəzən bunun ciddi fəsadları da qaçılmaz olur.

Xatırladaq ki, Azərbayacanda da keçirilən qlobal yarışların hər biri demək olar ki, kiberhücuma məruz qalıb. Xüsusilə də ölkədə keçirilən Avroviziya Mahnı Müsabiqəsi zamanı kiberhücumlar müəyyən problemlər yaratmışdı. Lakin son dövrlərdə təşkil olunan beynəlxalq tədbirlərin hamısında bu məsələlərə xüsusi önəm verilib, ciddi təhlükəsizlik tədbirləri görülüb. Bu baxımdan da son dövrlədəki tədbirlərin təhlükəsizliyi ilə bağlı hər hansı problemlər olmayıb.

Belə ki, artıq bu kimi yarışlar ərzində ölkədə internet üzərindən olan hücumların qarşısını almaq üçün xüsusi komanda formalaşdırılıb. Hər il keçirilən qlobal yarışlar bu istiqamətdə daha böyük təcrübə qazanılması və kiberhücumların qarşısının operativ alınmasına şərait yaradıb.

Məlumatımıza görə, hazırda davam edən İslam Oyunlarında İT təhlükəsizliyi təmin etmək üçün xüsusi komissiya formalaşdırılıb.

Oyunların kibertəhlükəsizliyinə cavabdeh olan Eurodesign şirkəti , Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AISGOC) ilə bu istiqamətdə birgə fəaliyyət göstərir.

CERT-dən bildirilib ki, bu istiqamətdə bütün profilaktik tədbirlər görülüb və bununla əlaqəli qurumlar hazırda gücləndirilmiş iş rejimində çalışır.

Qeyd edilib ki, Oyunlarda İT təhlükəsizliyə ciddi nəzarət edilir. Bununla bağlı beynəlxalq ənəkdaşlıq da yüksək səviyyədə qurulub. Məlumata görə, bu günə qədər kiberhücumlarla bağlı hər hansı problem yaşanmayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər