12 C
Baku
Saturday, November 23, 2024

İslandiyanın Baş naziri istefa verib

İslandiyanın Baş naziri Katrin Yakobsdouttir istefa verib.

Bu barədə İslandiyanın RUV televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, 2007-ci ildən hökumətə başçılıq edən Yakobsdouttir prezidentliyə namizəd ola bilmək üçün bu addımı atıb.

Onu kimin əvəz edəcəyi hələ ki, müəyyən edilməyib.

İslandiyada prezident seçkiləri iyunun 1-nə təyin edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər