1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

İsmayıllıda “Qala” şadlıq sarayı cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə İsmayıllı şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Azad Gülməmməd oğluna məxsus “Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müvafiq portalda (icaze.e-gov.az) qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Oxşar xəbərlər