17 C
Baku
Sunday, May 5, 2024

İspaniya hərbi xərclərini iki dəfə artıracaq

İspaniya 2030-cu ildən gec olmayaraq müdafiə xərclərini iki dəfə artıraraq ümumdaxili məhsulunun iki faizinə çatdırmaq barədə NATO qarşısında öhdəlik götürüb.

İspaniya hakimiyyəti bu məqsədini NATO-nun iyun ayında Madrid şəhərində keçirilməsi nəzərdə tutulan sammitində elan edəcək.

Hökumətin hesablamalarına görə, qarşıya qoyulan hədəfə 2030-cu ildən gec olmayaraq çatmaq mümkündür. Lakin bu, ümumdaxili məhsulun dinamikasından asılı olaraq daha tez baş verə bilər. Ötən il İspaniyanın müdafiə xərcləri 12,2 milyard avro və ya ÜDM-in təxminən bir faizini təşkil edib.

2014-cü ildə NATO-nun tələbi ilə alyansa üzv ölkələr 2024-cü ilə qədər hərbi xərclərini ümumdaxili məhsullarının iki faizinə çatdırmaq barədə öhdəlik götürüb. Lakin hələlik bloka daxil olan 30 dövlətdən yalnız 10-u bu hədəfə çata bilib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər