6 C
Baku
Saturday, December 14, 2024

İspaniya və İtaliya arasında qaz kəmərinin çəkilməsi müzakirə edilir

Avropa Komissiyası (AK) enerji böhranı fonunda Pireney yarımadasını İtaliya ilə birləşdirəcək və təqribən, 3 milyard avroya başa gələcək qaz kəmərinin çəkilməsi imkanını nəzərdən keçirir.

Banker.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirmişdi ki, Rusiya qazından ən qısa zamanda imtina edilməsinə yönəlmiş “REPowerEU” planı alternativ tədarükçülərə yönəlməni, bərpa olunan enerjinin payını artırmağı və qənaət rejimini nəzərdə tutur.

Qəzet yazır ki, hazırda İspaniyada reqazifikasiya üzrə 6 zavod fəaliyyət göstərir ki, bu da Avropada ən böyük göstəricidir. Bununla belə, İspaniya ilə qitənin digər ölkələri arasında əlaqələr zəifdir. 700 km uzunluğa malik boru xətti “REPowerEU” planında öz əksini tapıb. Üç il ərzində çəkiləcək boru xəttinə 2,5-3 milyard avroya başa gələcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər