İspaniya hava limanlarında “Ryanair” aviaşirkətinin onlarla reysi əməkdaşların tətili səbəbindən ləğv edilib.
Bu barədə Avropa KiV-ləri xəbər verib.
Cümə axşamı İspaniyadan yola düşməli və ya İspaniyaya çatması planlaşdırılan ümumilikdə 54 reys ləğv edilib. 300-dən çox reys gecikib.
Aviaşirkət əməkdaşları iş şəraitindən narazıdırlar. Onlar tətilin iyulun 2-dək davam edə biləcəyini istisna etmirlər.