9 C
Baku
Sunday, November 17, 2024

İspaniyada quş qripi aşkarlanıb – Azərbaycan idxala məhdudiyyət qoydu

İspaniyanın Kastiliya–La Mança muxtar icmasından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Agentlik bildirir ki, bu məhdudiyyətin məqsədi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasıdır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İspaniyanın müvafiq ərazisində icmasında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İspaniya Krallığının Kastiliya–La Mança muxtar icmasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər