10 C
Baku
Friday, December 13, 2024

İspaniyanın Mərkəzi Bankı ‘hack’ edilib

İspaniya Bankının saytına hackerlər tərəfindən hücum edilib, bunun nəticəsində bazar ertəsi günü istifadəçilər saytdan istifadə edə bilməyiblər. Bu xəbəri ABC qəzeti verir.

Onların məlumatına görə, bazar günündən etibarən  veb-sayta çıxışda problemlər mövcuddur, hack nəticəsində baş vermiş nasazlığı texniki sahənin işçilər aradan qaldırmağa çalışırlar. Mənbələrin verdiyi məlumata əsasən,  kiber- hücumların məqsədi Mərkəzi Bankın veb-saytını sıradan çıxartmaq olduğu bildirilir.

Qeyd olunur ki hack nəticəsində sayta heç bir ciddi xələl yetirilməyib, bazasına ciddi ziyan dəyməyib və hər hansı məlumat sızması qeydə alınmayıb..

Hack edənlərin kimliyi hələdə müəyyən olunmayıb, lakin bəzi məlumatlara əsasən onların Anonymous hacker qrupunun üzvləri olduğu bildirilir.

Son xəbərlər
Digər xəbərlər