7 C
Baku
Thursday, February 6, 2025

İsrail də BMT-nin İnsan Haqları Şurasından çıxır

ABŞ-nin ardınca İsrail də BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarına gəlib, bu barədə ölkənin XİN rəhbəri Gideon Saar “X” sosial şəbəkəsində yazıb.

“İsrail Trampın BMT-nin İnsan Haqları Şurasının işində iştirak etməmək qərarını alqışlayır. İsrail ABŞ-yə qoşulur və BMT-nin İnsan Hüquqları üzrə Komissarlığının işində iştirak etməkdən imtina edir”, – cənab Gideon Saar bildirir.

Xarici işlər nazirinin sözlərinə görə, BMT-nin İnsan Haqları Şurası insan haqlarını pozanları müdafiə edir və “Yaxın Şərqdəki yeganə demokratiyanı – İsraili təqib etməklə məşğuldur”. Saar bu qurumu antisemitizmdə və açıq-aşkar ayrı-seçkiliyi təbliğ etməkdə ittiham edib.

İsrailin XİN rəhbəri qeyd edib ki, onun ölkəsinə qarşı 100-dən çox qətnamə qəbul edilib ki, bu da İnsan Haqları Şurasının indiyədək qəbul etdiyi bütün qətnamələrin 20%-dən çoxunu təşkil edir.

Xatırladaq ki, fevralın 4-də Donald Tramp ABŞ-nin BMT-nin İnsan Haqları Şurasından çıxması ilə bağlı sərəncam imzalayıb. ABŞ prezidenti həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşləri üzrə Agentliyinin (UNRWA) gələcək maliyyələşdirilməsini dayandırıb.

Son xəbərlər
Digər xəbərlər