7 C
Baku
Thursday, December 12, 2024

İsrail ABŞ prezidentinə qarşı casusluq etməyə çalışdı

Vaşinqtonda Ağ evin yaxınlığında, İsrail təhlükəsizlik xidmətlərinin quraşdırmaqda şübhəli bilinən izləmə cihazları aşkar edilib.

 FTB və bir sıra digər ABŞ agentlikləri İsrailin ABŞ prezidentinin Vaşinqtonda iqamətgahının yaxınlığında mobil rabitə siqnallarını kəsmək üçün cihazların quraşdırılmasında iştirak etdiyini ortaya çıxarıblar.

Banker.az xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının bir sıra adı açıqlanmayan yüksək səviyyəli nümayəndələrinin açıqlamalarına istinadən “Politico” nəşri məlumat verib.

Son 2 ildə, Ağ Evin yaxınlığında, eləcə də ABŞ paytaxtındakı digər əhəmiyyətli obyektlərdə, beynəlxalq mobil abunəçi identifikatorlarının (IMSI) siqnallarını təqlid edən qurğular aşkar edilmişdir ki, onların köməyi ilə təcavüzkarlar ABŞ prezidenti və onun məsləhətçilərinin mobil telefonlarına çıxış əldə etmiş ola bilərlər.

Bütün bunlarda İsrail şübhəli bilinsə də, Tramp heç bir tədbir görməyib.

İsrail ittihamları rədd edir.

Əlavə etmək lazımdır ki, aşkar edilmiş qurğular – İsrailin və ya başqa bir ölkənin istifadəsində olub-olmamasından asılı olmayaraq – Trampın prezidentliyinin başlanğıcında, onun idarəsində müntəzəm olaraq məlumat sızması baş verdikdə fəal istifadə edilə bilər.

 

Son xəbərlər
Digər xəbərlər