17 C
Baku
Tuesday, May 21, 2024

İsrail atəşkəsdən sonra Qəzzada genişmiqyaslı əməliyyatlara başlayacaq

Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları genişmiqyaslı əməliyyatlara başlayacaq.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

“Atəşkəsdən sonra ordu Qəzza zolağında HƏMAS-a qarşı mübarizəyə daha böyük güclə qayıdacaq. Əməliyyat bütün zolaqda aparılacaq”, – Y.Qalant deyib.

Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər