İsrailin aviasiya orqanları əvvəllər uçuş icazəsi almasına baxmayaraq, Belarusun “Belavia” şirkətinin təyyarəsinə xidmət göstərməkdən imtina edib.
Nəticədə, aviaşirkət yay mövsümü üçün oktyabrın 27-dək Təl-Əvivə bütün uçuşları ləğv edib.
Bu barədə Belarus aviadaşıyıcısının mətbuat xidmətindən məlumat verilib.
“Belavia” alınan biletlərin pulunu qaytarmağa hazır olduğunu açıqlayıb.
Mətbuat xidməti uçuş icazəsinin hansı səbəbdən geri alındığını açıqlamayıb.