1 C
Baku
Saturday, December 14, 2024

İsrail Bosniya və Herseqovinadakı səfirini geri çağırıb

İsrailin Bosniya və Herseqovinadakı səfiri Noah Qal Gendler ölkənin daxili işlərinə qarışdığı üçün vəzifəsindən azad edilib.

İsrailin Baş naziri Yair Lapid Bosniya və Herseqovinadakı xorvat siyasi partiyaların seçki qanununun dəyişdirilməsi tələbini dəstəkləyən səfirin bu addımını qınayıb.

İsrail mediası xorvat siyasi partiyaların tələblərini dəstəkləyən Noah Qal Gendlerin bu addımını “İsrail diplomatiyasının ən aşağı səviyyəsi” kimi qiymətləndirib.

İsrailin Xarici İşlər Nazirliyi isə Bosniya və Herseqovina ilə yanaşı, Albaniya səfiri olan Noah Qal Gendlerin yerinə Nyu-Yorkdakı baş konsul Qalit Peleqin təyin edildiyini açıqlayıb

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər