İsrailin müdafiə naziri Yoav Qalant Livan “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlayacağını açıqlayıb.
Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Qalantın sözlərinə görə, bu, “Hizbullah” bölmələrinin Livan ərazisindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilmiş İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynamalıdır.
“Qarşıdurma xəttindəki (Livanla həmsərhəd ərazilərdəki – red.) yaşayış məntəqələrinin şuralarının rəhbərləri ilə görüşdə vurğuladım ki, tezliklə “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi başlayacaq və bu, müharibənin aparılmasındakı məqsədə çatmaqda – şimalın sakinlərinin öz evlərinə qayıtmasında mühüm amil olacaq”, – Qalant əlavə edib.