14 C
Baku
Saturday, November 23, 2024

İsrail Mərkəzi Bankının valyuta ehtiyatları yenidən tarixi zirvəyə doğru artır

İsrail Mərkəzi Bankının (İsrail Bankı) valyuta ehtiyatları son ayda artıb.

Bu barədə Banker.az İsrail Bankının aylıq açıqlamasına istinad edir.

Belə ki, bankın xarici valyuta ehtiyatları son ayda $2.178 milyard, yaxud 1.1% artaraq $199.808 olub.

Qeyd edək ki, yanvar ayının 1-nə İsrail Bankının valyuta ehtiyatları artaraq 213.029 mlrd. dollara yüksəlmişdi ki, bu da tarixi rekord idi.

Ukrayna və Rusiya arasında geosiyasi vəziyyətin pisləşməsindən sonra bir qədər azalma baş vermişdi və aprel ayının sonuna 197.630 mlrd. dollara düşmüşdü.

İsrail pulu hazırda ABŞ dollarına qarşı ən yaxşı performans göstərən valyutadır. Məsələn, İsraildə dolların məzənnəsi 2021-ci ilin dekabrında 3.07 şekel təşkil etmişdi ki, bu da 1995-1996-ci illərdən bu tərəfə ən aşağı səviyyə idi. Hökumət dairələrində isə İsrail valyutasının bahalaşmasından narahatlıqlar mövcud idi.

Hazırda isə USD/ISL cütlüyünün məzənnəsi 3.34 səviyyəsinə qədər artıb.

tvc d91cdb66e779e4872851de974d94602b

Relizin yayıldığı tarix Hazırda
Jun 07, 2022 (May) 199.808 mlrd. dollar
May 08, 2022 (Apr) 197.630 mlrd. dollar
Apr 07, 2022 (Mar) 206.138 mlrd. dollar
Mar 07, 2022 (Feb) 207.065 mlrd. dollar
Feb 07, 2022 (Jan) 208.751 mlrd. dollar
Jan 06, 2022 (Dec) 213.029 mlrd. dollar
Dec 07, 2021 (Nov) 208.769 mlrd. dollar
Nov 07, 2021 (Oct) 207.473 mlrd. dollar
Oct 07, 2021 (Sep) 203.990 mlrd. dollar
Sep 05, 2021 (Aug) 205.912 mlrd. dollar
Aug 05, 2021 (Jul) 201.694 mlrd. dollar
Jul 07, 2021 (Jun) 200.175 mlrd. dollar
Jun 07, 2021 (May) 198.350 mlrd. dollar
May 06, 2021 (Apr) 193.996 mlrd. dollar
Apr 07, 2021 (Mar) 185.690 mlrd. dollar
Mar 07, 2021 (Feb) 185.091 mlrd. dollar
Feb07, 2021 (Jan) 179.507 mlrd. dollar
Jan 07, 2021 (Dec) 173.307 mlrd. dollar
Son xəbərlər
Digər xəbərlər