İsrailin Nazirlər Kabinetinin milli təhlükəsizlik üzrə müşaviri və ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat yayın sonunda istefaya gedəcəyini bəyan edib.
O, Baş nazir Naftali Bennetti bu barədə məlumatlandırıb.
Meir Ben-Şabbat dörd il bu vəzifədə çalışıb. O, 2021-ci il avqust ayının sonuna kimi öz postunda qalacaq.