27 C
Baku
Sunday, April 28, 2024

İsrail nəhəng texnoşirkətinin Azərbaycanda törəməsi təsis edilib

İsraildə qeydiyyatda olan “Amdocs” şirkətinin Azərbaycanda törəməsi təsis edilib.

Banker.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınan “Amdocs Azerbaijan” MMC-dir.

Şirkət 500 000 ABŞ dolları nizamnamə kapitalı ilə 23 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Nizami ev.22 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin direktoru Ramazanov Nəriman Əhməd oğludur.

“Amdocs” İsraildə təsis edilsə də ABŞ-də də fəaliyətdə olan transmilli şirkətdir. Şirkət rabitə, media və maliyyə xidmətləri təminatçıları və rəqəmsal müəssisələr üçün proqram təminatı və xidmətlər üzrə ixtisaslaşıb. Şirkət ümumilikdə 2022-ci ildə 4.58 mlrd. ABŞ dolları həcmində gəlir, 549 mln. dollar xalis mənfəət əldə edib.

“Amdocs” öz internet səhifəsində ötən ilin noyabrında bildirir ki, geniş miqyaslı rəqəmsal transformasiya müqaviləsində Azərbaycanda yerləşən operatorun beş milyon abunəçisi üçün optimallaşdırılmış təcrübə təmin etmək üçün “Azercell” tərəfindən seçildiyini elan etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər