İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə gəlib.
Diplomat Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edəcək, həlak olan və yaralanan ailələrin yaxınları ilə görüşəcək.
C.Dik daha sonra evləri dağılmış şəxslərin müvəqqəti yerləşdirildiyi yataqxanada olacaq, orada onlarla görüşəcək.