14 C
Baku
Sunday, November 24, 2024

İsrail səfiri Rusiya XİN-ə çağırılıb

İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə məlumatı Rusiya XİN yayıb.

“İsrail səfirinin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən yolverilməz açıqlamaları ilə əlaqədar olaraq o, Xarici İşlər Nazirliyinə çağırılacaq”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, burada söhbət diplomatın “Kommersant” qəzetinə müsahibəsindən gedir. Rusiya XİN qeyd edir ki, ölkə İsrail səfirinin Rusiyanın öz təmaslarında girovların taleyinin həllinə kömək etməyə yönələn səyləri barədə hörmətsiz danışmasından təəssüf hissi keçirir: “Holokostun yalnız yəhudi xalqının məhv edilməsi olması barədə tezislər BMT Baş Assambleyasının qətnaməsinə ziddir”.

Son xəbərlər
Digər xəbərlər