2 C
Baku
Saturday, December 14, 2024

İsrail sərt karantin rejimini yumuşaldır

İsrail hökumətinin koronavirusun yayılmasının qarşısını almaq üzrə komissiyası 18 sentyabr tarixindən tətbiq olunan və 25 oktyabrdan sərtləşdirilən karantinin yumşaldılmasının ilk mərhələsinə başlamağa qərar verib.

Yeni infeksiyaların sayına dair məlumatların artması yenidən davam edərsə, qərarın yenidən nəzərdən keçiriləcəyi bildirilir.

Qərara uyğun olaraq karantindən çıxış planının birinci mərhələsində ziyarətçi qəbul etməyən müəssisələrin, çatdırılma üzərə işləyən yeyinti məntəqələrinin, Səhiyyə nazirliyinin təsdiqlədiyi plana əsasən altı yaşınadək uşaqlar üçün körpələr evi və uşaq bağçalarının, təbiət qoruqlarının, milli parkların açılması daxildir. Evdən çıxma və ziyarətdə olma qadağası açıq məkanda 20, bağlı məkanda 10 nəfərdən çox toplanmamaq şərti ilə qaldırılır. Bütün digər məhdudiyyətlər qüvvədə qalmağda davam edir.

Hakimiyyət mərhələli yumşaldılma ilə ölkə iqtisadiyyatının bəzi sahələrinin fəaliyyətlərinin bərpasına və işsizlik səviyyəsinin azaldılmasına nail olmaq niyyətindədir.

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər