İsrail uçot faiz dərəcəsini son 16 ilin zirvəsinə çıxarıb

İsrail Bankı (İsrail Mərkəzi Bankı) uçot faiz dərəcəzini gözlənildiyi kimi 25 baza bəndi artırıb.

Banker.az bunu İsrail dövlətinin mərkəzi bankının press-relizinə istinad edir.

Beləliklə, uçot faiz dərəcəsi 4.25%-dən 4.50%-ə yüksəlib və bu da 2007-ci ilin yanvarından bu tərəfə ən yuxarı həddir.

Qeyd edək ki, İsraildə istehlak qiymətləri indeksi illik müqayisədə fevral ayında 5.4%-dən 5.2%-ə qədər enib.

Hazırda bu xəbərin ardından dollar/israil şekelinin məzənnəsi 3.5763 səviyyəsindən 3.5850 səviyyəsinə yüksəlib.

Qeyd edək ki, USD/ISL cütlüyü ilin əvvəlindən 1.91% artsa da, son bir ayda 2.04% aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər