“Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İran və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan”.
Banker.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin Qəzzadakı hadisələr, son İsrail – Fələstin qarşıdurması barədə videomüraciətinə cavab olaraq yazıb.
“Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!”, – deyə Seyid Abbas Musəvi yazıb.
Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ 🇮🇷 və 🇦🇿qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan. Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!
🇮🇷🇵🇸🇦🇿 pic.twitter.com/ZsJB3u044M
— S.A. MOUSAVI 🇮🇷 (@SAMOUSAVI9) May 21, 2021
Qeyd edək ki, öz videomüracətində İsrailin Azərbaycandakı səfiri Corc Dik İranı terroru maliyyələşdirilən bir nömrəli dövlət adlandırıb.
“Münaqişədən minlərlə kilometr uzaqda olduğumuzu düşünə bilərik. Lakin bu belə deyil. Əslində, biz ona yaxınıq”, – deyə səfir qeyd edib.
It may feel that we are thousands of miles away from the conflict. But we’re not. Actually, we are right next door to it. #Hamas #Iran pic.twitter.com/Itzk4L16hT
— George Deek (@GeorgeDeek) May 20, 2021