26 C
Baku
Friday, April 19, 2024

İsrail vətəndaşları ABŞ-a vizasız gedə biləcəklər

Bu ilin sentyabr ayından etibarən İsrail vətəndaşları üçün ABŞ-a vizasız giriş tətbiq olunacaq.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter“də yazıb.

“Bu gün biz, İsrail vətəndaşlarına mühüm bir xəbər veririk. Söz verdiyimiz kimi, israilliləri ABŞ-a giriş üçün viza almaq zərurətindən azad etməklə bağlı bütün qanuni tələblər uğurla yerinə yetirilib” – Netanyahu yazıb.

“Yaxın aylarda biz əlavə tələblərə də əməl edəcəyik və bu ilin sentyabrında ABŞ-a giriş üçün viza tələb edilməyən ölkələr siyahısına İsrailin də qoşulacağı gözlənilir” – hökumət başçısı əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər