Yetkin əhalinin yarısından çoxunun koronavirus əleyhinə vaksinasiya olunduğu İsraildə 18 apreldən açıq havada maska taxmaq məcburiyyəti ləğv edilir.
Banker.az xarici KİV-ə istinadən xəbər verir, bu barədə İsrailin səhiyyə naziri Yuli Edelşteyn məlumat verib.
“Maskalar bizi koronavirusdan qorumaq üçün hazırlanmışdır. Mütəxəssislər açıq havada maska taxmağa ehtiyac olmadığı qənaətinə gəliblər və mən onları ləğv etdim”, – deyə Edelşteyn bildirib.
Bu qərar uzun müddətdir İsraildə yoluxmanın aşağı səviyyədə olması fonunda qəbul edilmişdir.
“Wolrdometer” xidmətinin verdiyi məlumata görə, pandemiya başlayandan bəri İsraildə 836 min nəfər koronavirusa yoluxub. Onlardan 827 min nəfər sağalıb, 6.3 min nəfər isə dünyasını dəyişib.