15 C
Baku
Friday, May 3, 2024

İsrailin müdafiə naziri 25 min ehtiyatda olan hərbçinin orduya çağırılması əmrini təsdiqləyib

İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Müdafiə naziri Benni Qantz ehtiyatdan 25 minə qədər hərbçinin əməliyyat məqsədləri üçün çağırılması əmrini təsdiqləyib”, – deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl İsrail ordusu Qəzza zolağında Fələstinin “İslam cihadı” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər