13 C
Baku
Tuesday, May 7, 2024

İsrailin müdafiə naziri Azərbaycanın ölkəsində səfirlik açmasına münasibət bildirib

İsrailin müdafiə naziri Benni Qantz Azərbaycanın ölkəsində səfirlik açmaq qərarını alqışlayıb.

Bu barədə Benni Qantz “Twitter”də bildirib.

“Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Keçən ay mən Azərbaycana səfər etdim və Prezident İlham Əliyevlə, müdafiə naziri general-polkovnik Zakir Həsənovla və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşdüm. Görüşlərdə biz bir sıra siyasi və təhlükəsizlik məsələlərini müzakirə etdik”, – nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər