13 C
Baku
Wednesday, May 8, 2024

İsrailin Qəzza zolağında əməliyyatı dayandıracağı tarix açıqlanıb

İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat iki aydan çox davam etməyəcək.

“Ola bilsin, altı həftə, bəlkə də dörd həftə çəkəcək”, – deyə o əlavə edib.

Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri artıq HAMAS qruplaşmasının terrorçu batalyonlarının 75%-ni məhv edib.

“Biz son hissəyə yaxınlaşırıq”, – deyə o bildirib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər