27 C
Baku
Saturday, July 27, 2024

İsrailin valyutası Netanyahunun məhkəmə islahatları ilə bağlı açıqlamasından sonra dəyər itirib

İsrailin milli valyutası bazar ertəsi günü Baş nazir Benyamin Netanyahunun hökumətinin məhkəmə sistemini əsaslı islahat etmək üçün mübahisəli planı irəli sürəcəyini deməsindən sonra əksər valyutalara qarşı zəifləyib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 10:10-da şekel (ISL) 1.6% ucuzlaşaraq 1 dollara görə təxminən 3.61 şekelə düşüb və iki günlük qazancını itirib. Bazar günü İsrail səhmləri 1%-dən çox ucuzlaşıb.

“Bibi” ləqəbli Netanyahu bu həftə məhkəmə sistemində islahat planının həyata keçirmək üçün praktiki addımlar atmağa hazır olduğunu deyib.

Onun İsrailin indiyə qədərki ən sağçı hesab edilən kabineti məhkəmələrin həddən artıq güc topladığını deyir. Nəticədə hökumət hakimlərin seçimində rolunu artırmağa çalışır.

Bu plan hakimlərin müstəqilliyini azaldacağını, texnologiya və digər investorların qıcıqlandırdığını iddiası ölkədə etiraz doğrumuşdu. Şekel yanvarın sonundan bu tərəfə demək olar ki, 7% ucuzlaşıb. Yanvarın 24-ü USD/ISL cütlüyü 3.36 səviyyəsində idi.

3213122312131312312

Xatırladaq ki, 2023-cü ilin may ayının sonuna İsrail Bankı (mərkəzi bank) xarici valyuta ehtiyatları 201.9 mlrd. dollardan 199.6 mlrd. dollara qədər azalıb.

Son xəbərlər
Digər xəbərlər