10 C
Baku
Thursday, December 12, 2024

İsrailin xarici işlər naziri Azərbaycana yola düşüb

İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfərə yola düşüb.

Naziri səfərdə İsrailin kibertəhlükəsizlik, daxili təhlükəsizlik, su təchizatı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Bundan əlavə, Eli Kohen Bakının yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər