İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək.
Bunu İsrail səfirliyindən bildiriblər.
O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək.
Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib.
Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub.
©Trend