Bildiyiniz kimi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.
İşsizlik statusunuzu rəsmiləşdirmək üçün şəxs ilk olaraq www.e-sosial.az saytına daxil olmaıdır.
Lakin bir neçə gündür oxucular tərəfinindən şikayət olunan bu portala giriş çətinləşsə də bir neçə saatdır ki, “prafilaktik” səbəbdən fəaliyyəti dayandırılıb.
“Profilaktik işlərin aparılması ilə əlaqədar olaraq saytın fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Saat 15:00-da saytın fəaliyyəti bərpa ediləcəkdir”, deyə saytda deyilir.