2 C
Baku
Saturday, December 14, 2024

İşsizlikdən Sığorta Fondunun büdcəsi artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 238 milyon manat olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9.3% çoxdur.

Xatırladaq ki, Fonda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0.5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0.5%-i sığorta haqqı ödənilir. Sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər