6 C
Baku
Saturday, December 14, 2024

İstənilən ABB kartınızla pos-terminal ödənişlərində 7% əlavə Fayda!

Bir çox üstünlükləri ilə istifadəçilərin işini rahatlaşdıran ABB mobile bu dəfə də
əlavə Fayda-larla sevindirir.

Belə ki, dekabrın 1-dən ABB mobile istifadəçilərinə əlavə Faydalar qazanmaq
üçün 4 kateqoriya üzrə seçim imkanı verilir. Bunlar “Kafe/restoran”,
“Yanacaqdoldurma məntəqəsi”, “Ərzaq mağazaları” və “Geyim mağazaları”dır.
Dekabr ayı ərzində qeyd olunan məkanlardan birində pos-terminalla ödəniş edən
istifadəçilər daha çox Fayda qazanmış olurlar. ABB mobile ilə ödənişlər
yanacaqdoldurma məntəqələrində, geyim mağazaları, kafe-restoranlarda 5%, ərzaq
dükanlarında 3% əlavə Fayda qazandırır. Ödəniş Mastercard hesabından edildikdə 2%-lik əlavə ilə bu Faydalar 7%-ə qədər artır. Digər kateqoriyalar üzrə Fayda-lar isə cari tarifə uyğun hesablanacaq.

Ödənişləri ABB-nin istənilən kartı, o cümlədən pensiya kartı hesablarından
aparmaq olar. Hətta ABB mobile istifadəçisi olmayan şəxslər də pulsuz rəqəmsal kart
yaradaraq bu fürsətdən faydalana bilərlər.

Fayda ABB-nin loyallıq proqramıdır, Proqram çərçivəsində ABB mobile istifadəçiləri tətbiqdən istifadə zamanı Fayda-lar toplayırlar. Daha sonra isə bu Fayda-larla mobil tətbiqdə ödənişlər edə və ya onları hədiyyələrə dəyişə bilirlər. Fayda haqqında daha geniş məlumatı buradan əldə etmək mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər