14 C
Baku
Saturday, April 27, 2024

İstənilən yerdə necə effektiv işləmək olar?

Hər gün üçün iş planı qurun.

İşə gəldikdə o dəqiqə brauzeri açıb öz e-mail məktublarınızı yoxlamaq lazım deyil. Bunu heç olmasa bir saatlıq təxirə salın. Bunun əvəzində ilk 40 dəqiqənizi bütün gün üçün planın hazırlanmasına sərf edin.

Oxşar tapşırıqları eyni anda yerinə yetirin.

Məsələn, zənglər üçün müəyyən vaxt təyin edib, hamısını ardıcıl olaraq yerinə yetirin. Bundan sonra isə poçtun yoxlanılması və sosial şəbəkə üçün bir saat təyin edin.

Punktual olun.

Əgər öz vaxtınızı dəyərləndirirsinizsə, o zaman digərlərinin də vaxtını dəyərləndirməyə borclusunuz.

İş gününün son saatında çətin tapşırıqlardan uzaq olun.

İş gününün bitməsinə artıq 1 saat qaldıqda sevimli mahnınızı dinləyərək sənədləri qaydasına salın. Gərginliyi azaltmaq bəzən çox faydalıdır.

«Yox!» deməyi öyrənin.

Bütün depressiyalara, fikrinizi yayındıran şeylərə, tənbəlliyə, əyləncələrə, xüsusəndə öz səlahiyyətlərini sizin çiyinlərinizə yükləyən əməkdaşlarınıza “Yox!” deyin.

Ən çətin tapşırıqları ilk olaraq həll edin.

Çətin və xoşagəlməz tapşırıqları sonraya təxirə salmadan etmək lazımdır. Əks halda çətin tapşırığı həll etmək üçün motivasiyanız kifayət etməyə bilər.

Özünüzə rəqib tapın.

Hər kəsdə yaxşı olmağa çalışmaq hissləri mövcuddur. Bu zəifliyi öz üstünlüyünüzə çevirin. Ofisdə özünüzə rəqib tapın və onu keçməyə çalışın.

Professional olduğunuzu sübut etməyə çalışmaq effektiv və məhsuldar işləmək üçün əla motivasiyadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər